“Qarabağ”ın son və ən çətin SINAĞI – Qurban Qurbanov “Liverpul”a hansı sürprizi HAZIRLAYIB?

“Qarabağ” bu gün Çempionlar Liqasında sonuncu oyununu keçirəcək. 

Bizim.Media xəbər verir ki, komandamız səfərdə İngiltərənin “Liverpul” klubunun qonağı olacaq. 

Ağdam təmsilçisi “Ayntraxt”la oyundan sonra play-off mərhələsinə vəsiqəni demək olar ki, təmin edib. Bununla belə “Qarabağ”ın liqada yoluna davam etməsi həm də digər klubların nəticəsindən asılı olacaq. Belədə təbii ki, “Liverpul”la qarşılaşmanın önəmi artır. 

Bəs görəsən, “Qarabağ” “Liverpul” səfərində nəyə ümid edə bilər? 

Bu sualla futbol mütəxəssislərinə müraciət etdik. Azərbaycanın əməkdar məşqçisi, “Şöhrət” ordenli Ağasəlim Mircavadov Bizim.Media-ya açıqlamasında Qurban Qurbanovun komandasından uğurlu nəticə gözlədiyini deyib:

“Qarabağ” Azərbaycanın top klubu kimi özünü Avropada tanıdır. Komandamızda “Ayntraxt”la oyundan sonra psixoloji vəziyyət yüksək səviyyədədir. Fikrimcə, bu amil futbolçuların “Liverpul”a qarşı yaxşı mübarizə aparmasına kömək edəcək. İngiltərə təmsilçisi ilk 8-liyə düşmək istəyir. Ona görə də mütləq qələbə qazanmaq üçün oynayacaq. 

“Qarabağ” sadəcə olaraq öz oyununu oynamalı, xüsusilə müdafiədə çox diqqətli olmalıdır. Həm də yaradılacaq qol imkanlarından da maksimum istifadə etmək lazımdır. Bu amillərə diqqət yetirsə, “Qarabağ” uğurlu nəticəyə ümid edə bilər”.

Futbol eksperti Ceyhun Sultanov isə oyunun çox çətin keçəcəyini düşünür: 

“Qarabağ”ı çox çətin oyun gözləyir. Əvvəla iki ölkənin futbolu arasında böyük uçurum var. İngiltərə futbolu başqa səviyyədir və bu tempə uyğunlaşmaq çox çətindir. Digər tərəfdən “Liverpul” ikinci heyətlə oynasa belə, “Qarabağ”ın işi çətin olacaq. “Qarabağ” müdafiədə diqqətli olub, qol imkanlarından istifadə etsə, yaxşı nəticəyə ümid edə bilər. 

Fikrimcə, “Qarabağ” bu yerə qədər gəlibsə, demək onlar buna layiqdir. “Liverpul” güclü komandadır, dünyada top sıralardadır. Hər cür nəticə ola bilər. Ancaq mən inanıram ki, Ağdam təmsilçisi rəqibinə qarşı əzmkar mübarizə aparıb, yaxşı nəticə üçün mümkün olan hər şeyi edəcək. Komandamıza uğurlar arzulayıram”.

Qeyd edək ki, “Liverpul” – “Qarabağ” oyunu bu gün gecə saat 12-də start götürəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib - CƏDVƏL

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib - CƏDVƏL

Uşaqların dinə etiqad etməyə məcbur olunması QADAĞAN EDİLİR

Uşaqların dinə etiqad etməyə məcbur olunması QADAĞAN EDİLİR

Tramp Ağ Evdə Putinin şəklini asdı – FOTO

Tramp Ağ Evdə Putinin şəklini asdı – FOTO

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir – VİDEO

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir – VİDEO

Uşaqlar haqqında məlumatların yayılması ilə bağlı YENİ TƏLƏB

Uşaqlar haqqında məlumatların yayılması ilə bağlı YENİ TƏLƏB

Bakıətrafı ərazilərdə yeni dəmiryol stansiyalarının adları açıqlandı

Bakıətrafı ərazilərdə yeni dəmiryol stansiyalarının adları açıqlandı

Valideynlər övladlarına bunları edə bilməyəcək - QADAĞALAR

Valideynlər övladlarına bunları edə bilməyəcək - QADAĞALAR

Uşaqlara ad qoymaq qaydası DƏYİŞİR

Uşaqlara ad qoymaq qaydası DƏYİŞİR

Uşaqlar maddi təminat ALACAQLAR - MƏBLƏĞ

Uşaqlar maddi təminat ALACAQLAR - MƏBLƏĞ

Azad edilən ərazilərdə yeni avtobuslar istismara veriləcək

Azad edilən ərazilərdə yeni avtobuslar istismara veriləcək

Ədliyyə naziri Göyçayda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Göyçayda vətəndaşları qəbul edəcək

“Qarabağ” “Liverpul”la oyuna belə hazırlaşır - FOTO

“Qarabağ” “Liverpul”la oyuna belə hazırlaşır - FOTO

Uşaqların oxuma vərdişini gücləndirəcək 7 effektiv üsul

Uşaqların oxuma vərdişini gücləndirəcək 7 effektiv üsul

2025-ci ildə dövlətə ən çox mənfəət vergisi ödəyən banklar: Kapital Bank liderliyini qoruyur

2025-ci ildə dövlətə ən çox mənfəət vergisi ödəyən banklar: Kapital Bank liderliyini qoruyur

Abbas Abbasovun evində axtarış: Rusiyadan aldığı mükafatlar götürüldü

Abbas Abbasovun evində axtarış: Rusiyadan aldığı mükafatlar götürüldü

Bakıda yeni metro stansiyası istifadəyə veriləcək – BU İL

Bakıda yeni metro stansiyası istifadəyə veriləcək – BU İL

ŞAD XƏBƏR: Bakının bu ərazisində tramvay xətti ÇƏKİLƏCƏK

ŞAD XƏBƏR: Bakının bu ərazisində tramvay xətti ÇƏKİLƏCƏK

Bakıda daha 4 yolun tikintisinə BAŞLANILACAQ

Bakıda daha 4 yolun tikintisinə BAŞLANILACAQ

Yanvar ayının pensiyaları niyə artımlar ilə ödənilmədi? - FOTO

Yanvar ayının pensiyaları niyə artımlar ilə ödənilmədi? - FOTO

İran neftini ixrac edə bilməyəcək - ABŞ ölkəni dənizdən blokadaya alır

İran neftini ixrac edə bilməyəcək - ABŞ ölkəni dənizdən blokadaya alır

Yanvar ayının bütün sosial ödənişləri yekunlaşdı

Yanvar ayının bütün sosial ödənişləri yekunlaşdı

DYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏT

DYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏT

Ötən il Bakıda neçə nasaz avtomobil yolda qalıb?

Ötən il Bakıda neçə nasaz avtomobil yolda qalıb?

3 milyondan çox vətəndaşın məlumatlarını ələ keçirmək istəyiblər

3 milyondan çox vətəndaşın məlumatlarını ələ keçirmək istəyiblər

End of content

No more pages to load

RADİO