Türkiyə Superliqasının 19-cu turunda liderliyə iddialı "Fənərbağça" səfər matçında "Göztepe" ilə üz-üzə gəlib.
Bizim.Media xəbər verir ki, gərgin keçən qarşılaşmada qalibi müəyən etmək mümkün olmayıb.
Komandalar hərəyə bir dəfə fərqlənərək xalları yarı bölüblər - 1:1.
Hazırda "Fənər" 43 xalla lider "Qalatasaray"ın ən yaxın izləyicisidir. "Sarı-mavilər" əzəli rəqibindən 3 xal ger qalırlar. "Göztepe" isə 36 xalla 4-cü pillədə qərarlaşıb.
Bizim.Media