Azərbaycanlı futzal hakimi Hikmət Qafarlı Ermənistan millisinin oyununa təyinat alıb.
Bizim.Media xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
H.Qafarlı Avropa çempionatının final mərhələsində baş tutacaq Ermənistan – Ukrayna matçında timekeeper kimi hakimlər briqadasına kömək edəcək.
Qeyd edək ki, bu həm də referinin Avropa çempionatının final mərhələsinə ilk təyinatıdır.
Bizim.Media