Almaniyanın “Ayntraxt” komandası “Qarabağ”la oyuna görə bu gecə Bakıya gəlib.
Bizim.Media xəbər verir ki, Frankfurt təmsilçisi çarter reysi ilə təqribən 4,5 - 5 saatlıq uçuş qət edib.
Bu, onların cari mövsümdə ən uzun yolçuluğudur.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının 7-ci turunun “Qarabağ” - “Ayntraxt” matçı yanvarın 21-də Tofiq Bəhramov adına Respublika staduonunda keçiriləcək və yerli vaxtla saat 21:45-də başlanacaq.
Bizim.Media