“Qarabağ”ın legioneri Emmanuel Addai komandanı tərk edə bilər.
Bizim.Media xəbər verir ki, Türkiyə Superliqasında çıxış edən “Konyaspor” hücumçunu transfer etmək istəyir.
Hazırda klub başqa bir forvardla danışıq aparır. Əgər həmin transfer alınmasa, Konya təmsilçisi Addai variantına üstünlük verəcək.
Qeyd edək ki, Addainin “Qarabağ”la müqaviləsi cari mövsümün sonunda başa çatır.
Bizim.Media