“Neftçi” heyətinə yeni oyunçu cəlb etməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, komanda Kiprin “Etnikos” klubunun üzvü Breno Almeyda ilə razılıq əldə edib.
İndi qalır transfer üçün kompensasiya məsələsini həll etmək.
Bunun üçün klublar arasında danışıqlar davam etdirilir. “Neftçi” transfer məbləğini endirməyə cəhd göstərir. Əgər məsələ müsbət həll olunsa, transfer yaxın günlərdə həll olunacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media