Türkiyə Super Liqasında XVIII turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, doğma meydanda "Qaziantep"i qəbul edən lider "Qalatasaray" 1:1 hesablı heç-heçə edib.
Qeyd edək ki, "cim-bom" 43 xalla liderliyini davam etdirir. "Fənərbaxça" 1 oyun əksiklə 39 xalla 2-ci pillədə qərarlaşıb. "Qaziantep" isə 24 xalla 8-ci pillədədir.
Türkiyə Super Liqası
XVIII tur
"Qalatasaray" - "Qaziantep" 1:1
Qollar: B.Yılmaz,84 - M.Bayo, 73
Rəşad Rafiqoğlu, Bizim.Media