"Real" baş məşqçisi vəzifəsi üçün potensial namizədləri araşdırır.
Bizim.Media xəbər verir ki, onlardan biri hazırda "Arsenal"ı çalışdıran Mikel Artetadır.
Bildirilib ki, Madrid təmsilçisinin baş məşqçisi Alvaro Arbeloanın gələn mövsüm də vəzifəsində qalması ehtimalı azdır. Lakin "Arsenal"ın idman direktoru Andrea Berta hazırda Arteta ilə yeni
müqavilə imzalamaq üçün danışıqlar aparırlar.
İspaniyalı mütəxəssis 2019-cu ilin dekabr ayından London klubuna rəhbərlik edir. Artetanın "Arsenal"la müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Bizim.Media