“Turan Tovuz” ev oyunlarını Bakıda KEÇİRƏCƏK

“Turan Tovuz” ev oyunlarını Bakıda keçirəcək.

Bizim.Media Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, "Turan Tovuz"un ev oyunlarını keçirdiyi stadionla bağlı qərar qəbul edilib.

Məlumata görə, “Turan Tovuz” Peşəkar Futbol Klubunun ev oyunlarını keçirdiyi Tovuz şəhər stadionunda aparılan bütün bərpa və baxım işlərinə baxmayaraq bölgədə müşahidə olunan yağıntılı və qeyri-sabit hava şəraiti səbəbindən arenanın ot örtüyünü oyunların keçirilməsi üçün hazır vəziyyətə gətirmək mümkün olmayıb. “Turan Tovuz” klubunun müraciəti əsasında stadiondakı vəziyyət Peşəkar Futbol Liqası tərəfindən analiz olunub və müvafiq addımlar atılıb.

Belə ki, “Turan Tovuz” klubunun müraciəti və “Qarabağ” klubunun razılığını nəzərə alaraq Peşəkar Futbol Liqası “Turan Tovuz”un ev oyunlarının “Azersun Arena”da keçirilməsi barədə qərar qəbul edib.

Eyni zamanda, ardıcıl oyun və məşqlər qrafikinə uyğun olaraq “Azersun Arena”nın həddindən artıq yüklənməsi və meydana çıxması real görünən problemin qarşısını almaq məqsədilə Misli Premyer Liqasının XVII turu çərçivəsində, 25.01.2026-cı il tarixində keçiriləcək “Turan Tovuz” – “Sumqayıt” oyununun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkili qərara alınıb. Həmin qarşılaşmadan sonra “Turan Tovuz” klubu Azərbaycan Kuboku və Misli Premyer Liqası çərçivəsində nəzərdə tutulan ev oyunlarını “Azersun Arena”da keçirməyə başlayacaq.

Klubun Tovuz şəhər stadionuna qayıdışı 20-22 mart 2026-cı il tarixlərində keçiriləcək Misli Premyer Liqasının 25-ci tur oyununa planlaşdırılır. Bununla belə, sözügedən qarşılaşmadan əvvəl Peşəkar Futbol Liqasının işçi qrupunun iştirakı ilə stadionda test xarakterli oyun keçiriləcək. Test oyunu zamanı aparılacaq müşahidələrin nəticələrinə əsasən stadionla bağlı yekun qərar veriləcək və növbəti addımlar atılacaq.

Açıqlanmış oyunların başlama saatları ilə bağlı hər hansı dəyişiklik olmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər - FOTO

Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər - FOTO

Xalq artistləri illər əvvəl - FOTO

Xalq artistləri illər əvvəl - FOTO

İkinci Liqa: “Şəki Siti” və “Şirvan” qələbə qazandı

İkinci Liqa: “Şəki Siti” və “Şirvan” qələbə qazandı

Çexiyadakı səfirliyimiz 10 gün konsulluq xidməti göstərməyəcək - FOTO

Çexiyadakı səfirliyimiz 10 gün konsulluq xidməti göstərməyəcək - FOTO

İran İsrailin silah istehsal edən şirkətlərinə zərbələr endirib

İran İsrailin silah istehsal edən şirkətlərinə zərbələr endirib

Əlaqələndirmə Qərargahının üzvləri Hadrutda bir sıra obyektlərə baxış keçiriblər

Əlaqələndirmə Qərargahının üzvləri Hadrutda bir sıra obyektlərə baxış keçiriblər

Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi

Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi

Bürcünüzün öz "milyonçu rəngi" var: Geyinib-geyinmədiyinizi YOXLAYIN

Bürcünüzün öz "milyonçu rəngi" var: Geyinib-geyinmədiyinizi YOXLAYIN

Azıx mağarasının konsepsiyası təqdim edildi - FOTO

Azıx mağarasının konsepsiyası təqdim edildi - FOTO

"Barselona"nın qapıları Messinin üzünə açıqdır"

"Barselona"nın qapıları Messinin üzünə açıqdır"

Yevlaxda yaşayış binasında YANĞIN OLUB - FOTO

Yevlaxda yaşayış binasında YANĞIN OLUB - FOTO

Bakının kriminal dünyasının lider qadını – “Şahnaz bibi” KİM İDİ?

Bakının kriminal dünyasının lider qadını – “Şahnaz bibi” KİM İDİ?

Tbilisi prospektində DƏYİŞİKLİK

Tbilisi prospektində DƏYİŞİKLİK

Rusiya beynəlxalq axtarışda olan şəxsi Azərbaycana ekstradisiya ETDİ

Rusiya beynəlxalq axtarışda olan şəxsi Azərbaycana ekstradisiya ETDİ

Aİ etirazların yatırılmasına görə 16 iranlı təhlükəsizlik əməkdaşına sanksiya TƏTBİQ ETDİ

Aİ etirazların yatırılmasına görə 16 iranlı təhlükəsizlik əməkdaşına sanksiya TƏTBİQ ETDİ

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

Nazir Bakıda sıra baxışı keçirdi - FOTO/VİDEO

Nazir Bakıda sıra baxışı keçirdi - FOTO/VİDEO

"Çelsi"yə transfer qadağası qoyuldu

"Çelsi"yə transfer qadağası qoyuldu

Yetkinlik yaşına çatmayanı oğurlayıb girov saxlamaqda ittiham edilənlərə HÖKM OXUNDU

Yetkinlik yaşına çatmayanı oğurlayıb girov saxlamaqda ittiham edilənlərə HÖKM OXUNDU

Nəriman millinin toplanışına QATILMAYACAQ

Nəriman millinin toplanışına QATILMAYACAQ

Bayram günlərində məktəblərdə neçə gün dərs olmayacaq?

Bayram günlərində məktəblərdə neçə gün dərs olmayacaq?

Hikmət Hacıyev: “Azıx mağarasında arxeoloji tədqiqatlar davam etdirilir” – VİDEO

Hikmət Hacıyev: “Azıx mağarasında arxeoloji tədqiqatlar davam etdirilir” – VİDEO

Bu şəxslər dövlətdən pul ala biləcək - AÇIQLAMA

Bu şəxslər dövlətdən pul ala biləcək - AÇIQLAMA

Sürücülərin NƏZƏRİNƏ – Tbilisi və Əbdülvahab Salamzadə küçələrinin kəsişməsində YENİLİK – FOTO

Sürücülərin NƏZƏRİNƏ – Tbilisi və Əbdülvahab Salamzadə küçələrinin kəsişməsində YENİLİK – FOTO

End of content

No more pages to load

RADİO