Türkiyənin Antalya bölgəsində hazırlığı davam etdirən "Turan Tovuz" bu gün ilk yoxlama oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, Kurban Berdıyevin komandası Polşanın yüksək liqa təmsilçisi "Poqon"la qarşılaşıb.
Matç rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Təmsilçimizin qollarını 26-cı dəqiqədə Ayxan Hüseynov və 34-cü dəqiqədə İbrahima Vadji vurublar.
Qeyd edək ki, “Poqon” hazırda Polşa çempionatında 18 komanda arasında 10-cu yeri tutur.
Xatırladaq ki, “Turan Tovuz” ilk oyunu yanvarın 10-da Rumıniya təmsilçisi “Hermanştadt” qarşı keçirməli idi. Lakin tərəflərin qarşılıqlı razılığına əsasən yoxlama oyunu ləğv olunub.
Bizim.Media