UEFA Konfrans Liqasının 2025/2026 mövsümünün pley-off mərhələsinin püşkü atılıb.
Bizim.Media xəbər verir ki, turnirin Liqa mərhələsində 9–24-cü yerləri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanıblar.
Püşkatma ilə isə pley-offun 8 cütü müəyyənləşib. Bu mərhələni adlayan kollektivlər birbaşa 1/8 finala yüksələn klublara rəqib olacaqlar.
Pley-off mərhələsinin ilk matçları 19 fevralda, cavab oyunları isə 26 fevralda keçiriləcək.
Püşkatmanın nəticələri:
"KuPS" (Finlandiya) – "Lex" (Polşa)
"Zirinski" (Bosniya və Herseqovina) – "Kristal Pelas" (İngiltərə)
"Şkendiya" (Şimali Makedoniya) – "Samsunspor" (Türkiyə)
"Siqma" (Çexiya) – "Lozanna" (İsveçrə)
"Noa" (Ermənistan) – "AZ Alkmaar" (Niderland)
"Yagelloniya" (Polşa) – "Fiorentina" (İtaliya)
"Drita" (Kosovo) – "Selye" (Sloveniya)
"Omoniya" (Kipr) – "Riyeka" (Xorvatiya)
Qeyd edək ki, UEFA Konfrans Liqasının son qalibi "Çelsi"dir.
Bizim.Media