“Sabah”ın hücumçusu, ötən ilin noyabrında əməliyyat olunan Pavol Şafrankonun geri qayıdacağı tarix bəlli olub.
Bizim.Media xəbər verir ki, slovakiyalı forvard martda kollektivlə məşqlərə qoşulacaq.
Premyer Liqada bombardirlər arasında lider olan Coy-Lans Mikkels isə fərdi məşqlərini yerinə yetirir.
Alman futbolçunun qarşıdakı həftə komandaya qoşulacağı gözlənilir.
Rəşad Rafiqoğlu, Bizim.Media