Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən "Qarabağ" bu gün növbəti yoxlama oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu Xorvatiyanın "Osiyek" klubu ilə qarşılaşıb. Görüş "Qarabağ"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Ağdam təmsilçisinin heyətində Musa Qurbanlı, Aleksey Kaşuk və Abbas Hüseynov fərqləniblər.
"Qarabağ" bu gün daha bir hazırlıq matçı keçirəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Polşanın "Zaqlembe" klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, "Qarabağ" Antalyada keçirdiyi ilk oyunda Özbəkistanın "Neftçi" (Fərqanə) klubuna 5:0 hesabı ilə qalib gəlib.
Bizim.Media