"Real"ın hücumçusu Kilian Mbappe zədəsini sağaldaraq sıraya dönüb.
Bizim.Media xəbər verir ki, "AS" nəşrinin məlumatına görə, fransalı forvard artıq komanda ilə birlikdə tam məşqlərə başlayıb.
Onun La Liqanın növbəti turunda "Levante" ilə görüşdə start heyətdə meydana çıxması gözlənilir.
Xatırladaq ki, Mbappe İspaniya Superkubokunun finalında "Barselona"ya (2:3) qarşı cəmi 20 dəqiqə oynaya bilib. O, "Albasete" ilə vacib kubok matçını (2:3) isə buraxmışdı.
Qeyd edək ki, "Real" - "Levante" qarşılaşması yanvarın 17-də baş tutacaq.
Bizim.Media