Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 9-cu turun növbəti matçları keçirilib.
Bizim.Media xəbər verir ki, iki qarşılaşmanın baş tutduğu oyun günündə “Azərreyl” “Gənclər”i 3:1 hesabı ilə məğlub edib.
“Abşeron” kollektivi isə “Gəncə”ni 3:2 hesabı ilə üstələyib. Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub.
Rəşad Rafiqoğlu, Bizim.Media