"Real"ın ulduz yarımmüdafiəçisi Cud Bellinqem İngiltərə nəhənginin hədəfinə düşüb.
Bizim.Media xəbər verir ki, jurnalist Siro Lopezin məlumatına görə, "Liverpul" "kral klubu"nun aparıcı oyunçusunu heyətinə qatmaqda maraqlıdır.
İngiltərə təmnsilçisi bu keçid üçün rekord məbləğ, təxminən 207 milyon avro ödəməyə hazır olduğunu bəyan edib.
Qeyd edək ki, Bellinqem 2023-cü ilin yayında Dortmund "Borussiya"sından 127 milyon avro qarşılığında "Real"a transfer olunub. Onun Madrid təmsilçisi ilə müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir.
Xatırladaq ki, cari mövsümdə bütün turnirlərdə 23 matça çıxan futbolçu 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media