"Vest Hem" klubu qış transfer pəncərəsində yeni futbolçuları heyətinə qatmaqda ciddi çətinliklərlə üzləşib.
Bizim.Media xəbər verir ki, "The Athletic"in məlumatına görə, klubun Premyer Liqadakı mövqeyi transfer danışıqlarına mənfi təsir göstərib.
Belə ki, “Vest Hem” futbolçularının müqavilələrində komanda Çempionşipə düşəcəyi təqdirdə maaşların 50 faiz azaldılmasını nəzərdə tutan maddə yer alır.
Məlumata görə, bu maddə hər zaman futbolçuların müqavilələrinə daxil edilib. Lakin hazırkı durumda “Vest Hem”in turnir cədvəlinin aşağı pillələrində yer alması fonunda bu şərt qış transfer pəncərəsində yeni oyunçuların cəlb olunmasını xeyli çətinləşdirib.
Xatırladaq ki, "Vest Hem" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 18-ci pillədə qərarlaşıb. London təmsilçisi 17-ci yerdən 7 xal geri qalır.
Bizim.Media