Yeni mövsümə hazırlıqlarını Bakıda davam etdirən “Araz-Naxçıvan”la “Qəbələ” bu gün yoxlama oyununda üz-üzə gələcəklər.
Bizim.Media xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydanında keçiriləcək görüş saat 15:00-da başlayacaq.
“Araz-Naxçıvan” ilk sınaq matçında əvəzedici komandasına 7:0 hesabı ilə qalib gəlib. “Qəbələ” isə “Kəpəz”i məğlub edib – 3:1.
Bizim.Media