"Barselona" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, İspaniya çempionu "Əl-Hilal"dan Joao Kanselonu sıralarına qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyaalı futbolçu mövsümün ikinci yarısında "blauqrana"nın formasını geyinəcək.
"Barselona" 31 yaşlı sağ cinah müdafiəçisi üçün Səudiyyə Ərəbistanı klubuna 4 milyon avro icarə haqqı ödəyəcək.
Qeyd edək ki, Joao Kanselo bu mövsüm "Əl-Hilal"ın heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Portuqaliya millisinin üzvü 2023/2024 mövsümündə də icarə əsasında "Barselona"da çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media