İspaniyanın "Real" (Madrid) komandası baş məşqçisi Xabi Alonso ilə vidalaşıb.
Bizim.Media xəbər verir ki, bu barədə "kral klubu"nun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 44 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. Komandanın keçmiş oyunçusu Alvaro Arbeloa “kral klubu”nun baş məşqçisi təyin edilib.
Qeyd edək ki, Xabi Alonso 2025-ci ilin yayından bəri "Real"ı çalışdırırdı. Onun rəhbərliyi altında komanda ötən gün İspaniya Super Kubokunun finalında "Barselona"ya 2:3 hesabı ilə məğlub olub.

Bizim.Media