Futbol üzrə İspaniya Superkubokunda final oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, həlledici qarşılaşmada “Barselona” və “Real Madrid” komandaları üz-üzə gəlib.
Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Kral Abdulla Sports Siti” stadionunda oynanılan görüş Kataloniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qalib komandanın heyətində 90+1-ci dəqiqədə Frenki De Yonq qırmızı vərəqə qalıb.
Bununla da "Barselona" İspaniya Superkubokunun qalibi olub.
<iframe width="1521" height="526" src="//www.youtube.com/embed/3BMgWCpLgKA" title="Вarcеlona vs Rеal Madrіd 3--2 Rеsumen Y Gоles (2026)" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>
Bizim.Media