“Fənərbağça” qapıçısı İrfan Can Eyribayatı icarəyə verib.
Bizim.Media xəbər verir ki, qolkiper mövsümün sonuna kimi “Samsunspor”da çıxış edəcək. Bu barədə Samsun təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Superliqa klubu mövsümün sonunda 1.2 milyon avro ödəməklə qapıçının transfer hüquqlarını ala bilər.
Qeyd edək ki, 27 yaşlı qapıçı bu mövsüm "Fənərbağça"da 6 oyuna çıxıb və 7 qol buraxıb.
Bizim.Media