Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinin oyunlarına start verilib.
Bizim.Media xəbər verir ki, mərhələnin ilk matçında Mali və Seneqal yığmaları üz-üzə gəlib.
Rəqibini bir cavabsız qolla üstələyən Seneqal yığması qitə kubokunda ilk yarımfinalçı olub.
Mali - Seneqal - 0:1
Qol: Iliman Ndiaye, 27
Qırmızı vərəqə: Yves Bissouma, 45+3 (Mali)
Qeyd edək ki, Seneqal yarımfinalda Misir - Fil Dişi Sahili cütünün qalibi ilə üz-üzə gələcək.
Bizim.Media