“Real Madrid”in baş məşqçisi Xabi Alonso “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiolanın yerinə namizədlər arasında yer alıb.
Bizim.Media “Footballtransfer”ə istinadən xəbər verir ki, klubla müqaviləsi 2027-ci ilin yayında başa çatan Qvardiolanın gələcəyi hazırda qeyri-müəyyəndir.
Son zamanlar ispan məşqçinin cari mövsümün sonunda “Mançester Siti”dən ayrıla biləcəyi ilə bağlı şayiələr yayılıb. “Real Madrid” də öz növbəsində Alonsonun klubun formasını sabitləşdirə bilmədiyi üçün onun müqaviləsini ləğv edə bilər.
Qvardiola 2016-cı ildən “Siti”nin baş məşqçisidir. Alonso ötən yay “Los Blancos”da çalışmağa başlayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media