“Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos komandanı tərk edə bilər.
Bizim.Media xəbər verir ki, beninli yarımmüdafiəçiyə Yunanıstan, BƏƏ, İsrail klublarından təkliflər var.
Santosun komandanı bu qış, yoxsa mövsümün sonunda tərk edəcəyi yaxın vaxtlarda dəqiqləşəcək.
Qeyd edək ki, 29 yaşlı futbolçunun “Araz-Naxçıvan”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O daha əvvəl “Ankaran”, “Maribor”(hər ikisi Sloveniya), “Keşlə”(indiki “Şamaxı”), “Qəbələ” və “Hapoel” (Hayfa, İsrail) klublarının formasını geyinib.
Bizim.Media