Çexiya millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Çexiya Futbol Federasiyası məlumat yayıb.
Yığma Miroslav Kubekə tapşırılıb. 74 yaşlı mütəxəssislə 2028-ci ilin yayınadək müqavilə imzalanıb. O, bu vəzifədə İvan Haşeki əvəzləyib.
Qeyd edək ki, Miroslav Kubek bunadək Çexiyanın gənclərdən ibarət millisini də çalışdırıb.
Bizim.Media