“Milan”ın hücumçusu Santiaqo Ximenes ayaq biləyindən əməliyyat etdirəcək.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyatın məqsədi sümüyün bərpasıdır.
Futbolçunun təxminən 6 həftə sonra meydanlara qayıda biləcəyi gözlənilir.
Qeyd edək ki, Meksikalı hücumçu bu mövsüm A seriyasında 9 matçda iştirak edib və qol vura bilməyib.
Bizim.Media