Səudiyyə Ərəbistanının “Əl-Kadisiyə” klubu baş məşqçi postuna Brendan Rodcersi gətirib.
Bizim.Media xəbər verir ki, tərəflər arasında imzalanan müqavilə 2028-ci ilin iyun ayına qədər qüvvədə olacaq.
Klub rəhbərliyi Rodcersin təcrübəsinə və komanda quruculuğu bacarığına güvənir.
Qeyd edək ki, Brendan Rodcers məşqçilik karyerası ərzində “Liverpul”, “Seltik” və “Lester Siti” kimi klublara rəhbərlik edib.

Rəşad Rafiqoğlu, Bizim.Media