Türkiyə klubunda maliyyə problemi səbəbindən iki futbolçu komandanı tərk edib.
Bizim.Media xəbər verir ki, müdafiəçi Kirill Qotsuk və yarımmüdafiəçi İlya Berkovski Türkiyənin "Serik Bələdiyyəspor" klubu ilə yollarını ayırıb.
Məlumata görə, müqavilələrin pozulmasına səbəb klub tərəfindən maaşların ödənilməməsidir.
Futbolçular daha əvvəl analoji problemlərlə üzləşən sabiq baş məşqçi Sergey Yuran və müdafiəçi Dmitri Tixinin ardınca komandanı tərk ediblər. Hər iki oyunçunun Rusiyaya qayıdacağı gözlənilir.
Qeyd edək ki, komandaya 2025-ci ilin iyulundan oktyabrına qədər rəhbərlik edən Sergey Yuran ödənilməyən vəsaitlərə görə FİFA-ya rəsmi şikayət ünvanlayıb.
Bizim.Media