Azərbaycan futbolunda bu oyunlar qumara qoyulub – FAKTLAR

Bu ilin yanvarında AFFA İntizam Komitəsinin qərarı ilə danışılmış oyunlara görə ömürlük futboldan uzaqlaşdırılan “Şamaxı”nın sabiq oyunçusu Adil Nağıyevin hansı matçlara mərc etdiyi müəyyənləşib.

Bizim.Media Teleqraf.az-a istinadən xəbər verir ki, Adil Nağıyev bu işdə komanda yoldaşı Giorgi Kantariya ilə əlbir olub.

Məlumata görə, Adilin Kantariya ilə əlbir olduğu ilk qarşılaşma ötən il Premyer Liqanın 15-ci turunda Şamaxıda keçirilən “Şamaxı” – “Kəpəz” matçıdır.

Belə ki, hər iki futbolçu “Topaz” və digər mərc saytlarında “Şamaxı”nın məğlubiyyətinə pul qoyuluşu ediblər. Nəticədə “Şamaxı” sözügedən matçda 0:1 hesabı ilə məğlub olub.
 

Bundan başqa, tərəflər ötən il 4 dekabr tarixində Azərbaycan kubokunun 1/8 mərhələsi çərçivəsində Zirə Olimpiya Kompleksində keçirilən “Zirə” – “Şamaxı” matçında manipulyasiya ediblər.


Adil Nağıyev “Şamaxı”nın məğlubiyyətinə yatırım edərək əldə edilən qazancdan Kantariyaya 5 min dollar vəd edib. Qəsdən səhv ötürmə etməklə, bilərəkdən səhv mövqe seçməklə, rəqibin təhlükəli hücumlar etməsinə şərait yaratmaqla və digər bu kimi əməllərə yol verən tərəflər komandasının 1:3 hesablı məğlubiyyətinə şərait yaradıblar.

Adil Nağıyev Kantariadan əlavə komandanın yarımmüdafiəçisi Vasiliye Bakiçlə Vasiliye Redenoviçi də “iş başında” görmək istəyib. Lakin legioner futbolçular bu təkliflə razılaşmayıb.

Maraqlıdır ki, Adillə Kantariyanı ifşa edən də Redenoviç olub. O, rəhbərliyə Adillə yazışmasını təqdim edib.

Məlum olub ki, Adil Rusiyadan gələn şəxsə matçın 30-cu dəqiqəsindən sonra “Şamaxı”nın məğlubiyyətinə mərc etməsinə dair işarə verib. Adil Nağıyev “Şamaxı” – “Kəpəz” matçında iştirak etməsə də, Kantariya meydanda olub. Nağıyev meydanda olmasa da, komandasının məğlubiyyətinə pul yatırıb.

Adil Nağıyev ilkin istintaqa ifadəsində bildirib ki, Azərbaycan ərazisindən burada keçirilən çempionat oyunlarına yüksək məbləğlərdə pul yatırmağın mümkün olmadığını öyrənib. Buna görə də 2024-cü ilin noyabr ayının ortalarında əvvəllər futbolçu olmuş və hazırda Türkiyədə yaşayan Elgün Nəbiyevlə vatsapla əlaqə yaradıb.
 

Elgünə üç oyuna 40.000-50.000 manat intervalında mərc etmək istədiyini bildirən Adil Nağıyev, bunun Türkiyə ərazisindən mümkün olub-olmadığını soruşub. Elgün də ona Türkiyədən də Azərbaycan oyunlarına yüksək məbləğdə pul vəsaiti mərc etmək olmadığını, lakin Rusiyada yaşayan Orxan adlı tanışının bu işdə ona köməklik edə biləcəyini bildirib.


Orxanla danışıq zamanı “Zirə” - “Şamaxı” arasında baş tutacaq oyunda müdafiəçisi olduğu “Şamaxı”nın bilə-bilə passiv hərəkətlər və “səhvlər” edərək uduzdurmaq istədiyini, 50.000 manat məbləğdə pul vəsaitini mərc etməklə yüksək qazanc əldə etmək istədiyini bildirib.

Danışıq zamanı Orxana üç oyunu mərc etmək istədiyini söyləyib. Həmin oyunlarda mərcin məzmunu “Zirə” - “Şamaxı” oyununda “Şamaxı”nın əsas vaxtda məğlubiyyəti, “Sumqayıt” – MOİK matçında “kimyaçılar”ın əsas vaxtda qələbəsi və “Neftçi" - “Difai Ağsu” oyununda isə əsas vaxtda 4 qol vurulacağı ilə bağlı olub.

Həmin vaxt Orxanla danışıq zamanı sonuncu ona “Zirə”- “Şamaxı” oyununda əmsalların 2-2.70 arası olacağını ehtimal etdiyini deyib.

Tərəflər razılaşsa da, Orxan sonradan zəng edərək üç oyuna mərc edə bilməyəcəyinin bildirib. Sonda Adil “Zirə” ilə kubok matçında kapitanı olduğu “Şamaxı”nın məğlubiyyətinə mərc edib.

Məlum olub ki, Adil Orxana “Şamaxı”nın 2 top fərqi ilə uduzmasına mərc etməyi tapşırıb. Lakin Orxan matça 30-cu dəqiqədən sonra canlı mərc edib. Bu dəqiqəyə qədər isə “Zirə” artıq 2:0 öndə olub. Tərəflərin bir-birini anlamaması nəticəsində Adilin mərcdən pul qazanmaq sevdası baş tutmayıb və əlində olan məbləği uduzub. Orxan sonradan bildirib ki, canlı mərc 10-cu dəqiqədə bağlanıb, yalnız 30-cu dəqiqədən sonra açılıb. Orxan isə pulu qaytarmaqdan imtina edib.

Adil daha sonra komandanın baş məşqçisi Ayxan Abbasova Vatsapda səs ataraq üzr istəyib. O, səs yazısında əməlindən peşman olduğunu, şeytana uyduğunu bildirib.

“Topaz” istintaqa Adil Nağıyevin təşəbbüsü ilə yaradılan kuponları da təqdim edib. “101340” nömrəli “Topaz” məntəqəsində oyunlar başlamamışdan qabaq, əmsal 1,52-dən hesablanaraq hər birində 200 AZN məbləğində 4 kupon (bilet) üzrə ümumilikdə 800 manat məbləğində pul vəsaiti mərc edilib. Mərcin yekununda hər kupon (bilet) üzrə 653,61216 AZN yekun uduş məbləği əldə edilib.
 

Həmin kuponların hamısında “Şamaxı” – “Kəpəz” matçında Gəncə təmsilçisinin uduzmayacağı, Azərbaycan Premyer liqası çərçivəsində keçirilən “Zirə” “- “Sumqayıt” oyununda bakılıların qələbəsi, “Neftçi” – “Qarabağ” oyununda ağdamlıların, “Araz Naxçıvan” – “Turan Tovuz” matçında isə “3.5 alt” qeyd edilib. Yekunda “Kəpəz”, “Qarabağ” “Zirə” qalib gəlib, “Araz Naxçıvan”ın matçı isə 1:0 hesabı ilə yekunlaşdığından hər 4 kupon uduşlu olub.


Qeyd edək ki, Adil Nağıyevə Cinayət Məcəlləsinin 192-2.3.1-ci maddəsi ilə ittiham elan edilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Adil Nağıyev 5 il müddətə azadlıqdan məhrum edilib. Lakin onun cəzası şərti hesab edilməklə 1 il sınaq müddəti təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran Türkiyə gəmisinin Hörmüz boğazından keçməsinə icazə verdi

İran Türkiyə gəmisinin Hörmüz boğazından keçməsinə icazə verdi

Deputatdan uşağını döyən valideynlərin cərimələnməsinə ETİRAZ

Deputatdan uşağını döyən valideynlərin cərimələnməsinə ETİRAZ

Aİ Ukraynanın üzvlük şərtlərini açıqladı

Aİ Ukraynanın üzvlük şərtlərini açıqladı

SON DƏQİQƏ: Əli Laricani öldürüldü

SON DƏQİQƏ: Əli Laricani öldürüldü

"Bəsic” komandiri Qulamrza Süleymani məhv edildi

"Bəsic” komandiri Qulamrza Süleymani məhv edildi

Milli Məclis Prezident və birinci xanımı TƏBRİK ETDİ

Milli Məclis Prezident və birinci xanımı TƏBRİK ETDİ

Bu şəxslər 1500 manat CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 1500 manat CƏRİMƏ OLUNACAQ

Dilənçilik edənlər HƏBS OLUNACAQ

Dilənçilik edənlər HƏBS OLUNACAQ

Uşağını döyən valideynlər CƏRİMƏLƏNƏCƏK

Uşağını döyən valideynlər CƏRİMƏLƏNƏCƏK

İran hakimiyyətində parçalanma əlamətləri görünmür – “The Washington Post”

İran hakimiyyətində parçalanma əlamətləri görünmür – “The Washington Post”

Bakıda 57 yaşlı qadın dəm qazından VƏFAT ETDİ

Bakıda 57 yaşlı qadın dəm qazından VƏFAT ETDİ

Süni intellektlə hazırlanmış foto və videoların yayımı ilə bağlı YENİ TƏLƏB

Süni intellektlə hazırlanmış foto və videoların yayımı ilə bağlı YENİ TƏLƏB

Bu məlumatları yayan televiziyaların yayımı DAYANDIRILACAQ – SİYAHI

Bu məlumatları yayan televiziyaların yayımı DAYANDIRILACAQ – SİYAHI

Süni intellektlə saxta materiallar hazırlayıb yayanlar HƏBS OLUNACAQLAR

Süni intellektlə saxta materiallar hazırlayıb yayanlar HƏBS OLUNACAQLAR

Azərbaycanda yeni nömrə nişanlarının verilməsinə başlanılıb – VİDEO

Azərbaycanda yeni nömrə nişanlarının verilməsinə başlanılıb – VİDEO

AFFA bu klubları CƏRİMƏLƏDİ

AFFA bu klubları CƏRİMƏLƏDİ

Bu şəxslər vurduğu zərəri tam ödədikdə məsuliyyətdən AZAD OLUNACAQ

Bu şəxslər vurduğu zərəri tam ödədikdə məsuliyyətdən AZAD OLUNACAQ

Sabahın HAVASI: 17 dərəcə isti, çiskin... – PROQNOZ

Sabahın HAVASI: 17 dərəcə isti, çiskin... – PROQNOZ

“Neftçi” bu futbolçu ilə yeni müqavilə BAĞLAYACAQ

“Neftçi” bu futbolçu ilə yeni müqavilə BAĞLAYACAQ

Növbəti köç karvanı Xocavənd kəndinə çatdı - FOTO

Növbəti köç karvanı Xocavənd kəndinə çatdı - FOTO

Xalq artistinin rejissor qardaşı vəfat etdi

Xalq artistinin rejissor qardaşı vəfat etdi

“Azərbaycanda Kino sənaye parkı yaradılacaq” – Nazir müavinindən AÇIQLAMA

“Azərbaycanda Kino sənaye parkı yaradılacaq” – Nazir müavinindən AÇIQLAMA

Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib – FOTO

Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib – FOTO

Bakı metrosunun baş mühəndisi işdən çıxarıldı – YENİ TƏYİNAT

Bakı metrosunun baş mühəndisi işdən çıxarıldı – YENİ TƏYİNAT

End of content

No more pages to load

RADİO