Ötən mövsümü Qırğızıstanda “Alay” klubunda keçirmiş Ramin Əhmədov Azərbaycana qayıtmayacaq.
Bizim.Media xəbər verir ki, “Zirə” və “Şamaxı”nın sabiq yarımmüdafiəçisi Qırğızıstanda qalmağa üstünlük verib.
O, bu dəfə “Alay” yox, yüksək liqanın fərqli komandası ilə anlaşıb. Əhmədov “Ozgon”la 1 illik müqaviləyə qol çəkib.
Rəşad Rafiqoğlu, Bizim.Media