Misli Premyer Liqasında XIV turun növbəti oyunları keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu gün iki matç keçiriləcək.
Açılış qarşılaşmasında "Qəbələ" doğma meydanda "Turan Tovuz"u qəbul edəcək. Qarşılaşma saat 17:00-da start götürəcək.
Günün ikinci oyununda "Sabah" klubu öz meydanında "Neftçi" komandası ilə üz-üzə gələcək. Bu matç saat 20:00-da başlayacaq.
Bizim.Media