“Qalatasaray” Con Duran əleyhinə cinayət işi açılmasını istəyir.
Bizim.Media xəbər verir ki, “Fənərbaxça”nin hücumçusu Türkiyə çempionatının 14-cü turunda keçirilən derbidə 95-ci dəqiqədə hesabı bərabərləşdirdikdən sonra azarkeşlərin önündə cinsiyyət orqanından tutaraq qolu qeyd etmişdi.
"Hurriyet"in məlumatına görə, “Qalatasaray” rəqib oyunçunun davranışı ilə bağlı Anadolu ədliyyə sarayındakı prokurorluğa şikayət ərizəsi təqdim edib. Klub ərizədə Duranı təcavüz və əxlaqsız hərəkətlərdə ittiham edib.
Xatırladaq ki, görüş 1-1 hesabı ilə yekunlaşmışdı.
Bizim.Media