“Barselona”nın gənc hücumçusu Lamin Yamal İspaniya La Liqasında 2025/2026 mövsümünün ən yaxşı driblinq edən futbolçusu olub.
Bizim.Media xəbər verir ki, "Sofascore" portalının məlumatına görə, 19-cu turda “Atletiko” ilə qarşılaşmada (3:1) 9 uğurlu driblinq edən ispaniyalı futbolçu mövsüm ərzində ümumilikdə 60 uğurlu cəhd ilə siyahıya başçılıq edir.
Reytinqdə ikinci pilləni “Real”ın futbolçusu Kilian Mbappe (39) tutur. Üçüncü yerdə isə hərəyə 32 driblinqlə “kral klubu”nun digər üzvü Vinisius Junior və “Ovyedo”nun futbolçusu Həsəm Həsən qərarlaşıb.
Qeyd edək ki, cari mövsümdə çempionatda 11 oyunda meydana çıxan Yamal 5 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media