FİFA prezidenti Canni İnfantino Livan vətəndaşlığını alıb.
Bizim.Media xəbər verir ki, o, bu brədə öz sosial şəbəkə hesablarında etdiyi paylaşımda bildirib.
Funksioner Livanın Jozef Aunla Beyrutda görüşdüyünü və vətəndaşlığı aldığını qeyd edib. İnfantino Livan vətəndaşı olduğu üçün fəxr etdiyini də yazıb.
Qeyd edək ki, Canni İnfantinonun İsveçrə və İtaliya vətəndaşlığı da var. Onun həyat yoldaşı Line Al-Aşkar isə Livanda anadan olub.
Bizim.Media