Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sonuncu - 6-cı tur matçına çıxıb.
Bizim.Media xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda evdə Fransanı qəbul edir.
Tofiq Bəhramov adına Respublika Stadionunda görüş saat 21:00-da başlayıb.
Oyunu Latviyadan olan hakimlər briqadası idarə edir.
Hazırda D qrupunda Fransa 13 xalla liderdir. Didye Deşamın komandası artıq mundiala vəsiqəni təmin edib. İslandiya 7 xalla 2-ci, eyni xalı olan Ukrayna 3-cü, 1 xala malik Azərbaycan isə 4-cüdür.
Bizim.Media