Bu gün Misli Premyer Liqasında 11-ci tura start verilib.
Bizim.Media xəbər verir ki, “Zəfər turu”nun ilk oyunu Şamaxıda baş tutub.
“Şamaxı” doğma meydanda qarşılaşdığı “İmişli”ni tək qolla yenib.. Günün digər oyunu “Qəbələ” ilə “Sumqayıt” arasında keçiriləcək.
“Araz-Naxçıvan” – “Karvan-Yevlax” və “Zirə” – “Turan Tovuz” oyunları sabah, “Kəpəz” – “Sabah” və “Qarabağ” – “Neftçi” matçları noyabrın 9-da keçiriləcək.
Misli Premyer Liqası
11-ci tur
7 noyabr
“Şamaxı” – “İmişli” 1:0
Qol: Karim Rossi, 79.
Hakimlər: Rauf Cabbarov, Teymur Teymurov, Tərlan Talıbzadə, Vüqar Həsənli.
Şamaxı şəhər stadionu, 13:44.
Bizim.Media