"Qalatasaray" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 4-cü turu çərçivəsində səfərdə "Ayaks"ın qonağı olacaq.
Bizim.Media xəbər verir ki, İstanbul nəhəngi Niderlanddakı matça iki itki ilə çıxacaq.
Yunus Akgün və İlkay Gündoğan vacib oyunda komandaya kömək edə bilməyəcək. Zədəli olan futbolçular kollektivlə birlikdə Amsterdama aparılmayıb.
Qeyd edək ki, "Ayaks" - "Qalatasaray" qarşılaşması sabah bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media