"Sumqayıt" Aleksandr Ramalinqomu komandada saxlamağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, madaqaskarlı hücumçu özünü yaxşı tərəfdən göstərdiyi üçün klub onun müqaviləsində olan 1 illik müqavilə müddətinin artırılması şərtinin qüvvəyə minməsini istəyir.
Buna görə də, tərəflər arasında danışıqlar olacaq və klub onun yeni mövsümdə də “Sumqayıt”da oynamasını istəyir.
32 yaşlı forvard mövsümün əvvəlində İsrailin “Bney Saxnin” klubundan “gənclik şəhəri” təmsilçisinə keçib. Yayda onunla 1+1 illik müqavilə imzalanıb.
Rəşad Rafiqoğlu, Bizim.Media