UEFA Çempionlar Liqası Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Çelsi" matçının təyinatları açıqlanıb.
Bizim.Media UEFA-ya istinadən xəbər verir ki, oyunu Avstriyadan olan hakimlər briqadası idacə edəcək.
Görüşün baş hakimi Sebastian Qishamer olacaq. Ona laynsmanlar Roland Riedel və Santino Şreyner köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yeticəcək.
Matçın VAR hakimi Manuel Şuttenqryuber olacaq. AVAR-da isə Jozef Şpurni əyləşəcək.
Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" qarşılaşması saat 21:45-də start götürəcək.
Bizim.Media