"Cenoa" baş məşqçisi Patrik Vieyra ilə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
A seriyası təmsilçisi mütəxəssisə xidmətlərinə görə təşəkkür edib.
Qeyd edək ki, fransalı məşqçi 2024-cü ilin noyabrından "Cenoa"nı çalışdırırdı. Komanda A seriyasının cari mövsümünün 9 turundan sonra 3 xalla sonuncu - 20-cidir.
Rəşad Rafiqoğlu, Bizim.Media