"Barselona" futbolçuları bu ilin noyabırında "Kamp Nou"a qayıdacaqlar.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Noyabrın 7-də bu arenada futbolçuların açıq məşqi olacaq. Hazırlıq prosesini təxminən 23 min tamaşaçının izləyəcəyi gözlənilir.
"Barselona"nın ev oyunlarının bir müddət qismən açıq tribunalarla keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, stadionun yenidən qurulmasına 2022-ci ildə başlanılıb.
Bizim.Media