“Fənərbağça” klubu hazırda “Əl-Əhli”də forma geyinən müdafiəçi Merih Demiralı transfer siyahısına daxil edib.
Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi 27 yaşlı oyunçunu qış transfer pəncərəsində heyətinə qatmaq niyyətindədir.
Klub rəhbərliyi müdafiə xəttini gücləndirmək məqsədilə təcrübəli oyunçunun xidmətindən yararlanmaq istəyir.
Xəbərdə bildirilir ki, Merih özü də Türkiyəyə dönməyə müsbət yanaşır.
Qeyd edək ki, “Fənərbağça”nın yetirməsi olan Demiral 2023-cü ildən Səudiyyə Ərəbistanı təmsilçisində forma geyinir.
Bizim.Media