Yaroslav Kestl Çexiya millisinin müvəqqəti baş məşqçisi təyin edilib.
Bizim.Media Çexiya Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Kestl Çexiya millisini noyabrın 13-də San Marino ilə yoldaşlıq görüşünə, noyabrın 17-də isə Cəbəllütariqlə 2026-cı il dünya çempionatının Avropa seçmə mərhələsinin final oyununa hazırlayacaq.
Çexiya millisi hazırda 13 xalla L qrupunda ikinci yerdədir.
Kestl baş məşqçi vəzifəsində 2024-cü ilin yanvarından bu vəzifədə çalışan və ötən həftə istefaya göndərilən İvan Qaşeki əvəz edəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media