UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada “Atletik” və “Qarabağ” komandaları arasında keçirilən III tur oyununda hesab bərabərləşib.
Bizim.Media xəbər verir ki, "San Mames" stadionunda təşkil olunan görüşün 40-cı dəqiqəsində rəqib komandanın heyətində Qorka Quruseta fərqlənib.
Matçı xorvatiyalı FIFA referisi İqor Payaç idarə edir.
22 oktyabr
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur
20:45. "Atletik" – "Qarabağ" - 1:1 (Birinci hissə)
Qol: Leandro Andrade, 1 (0:1), Qorka Quruseta, 40 (1:1)
Baş hakim: İqor Payaç (Xorvatiya)
"San Mames" stadionu
Bizim.Media