Kaxaber Tsxadadze: “Belə meydanlarda müasir futbol oynamaq çətindir”

"Qəbələ" Misli Premyer Liqasının 8-ci turunda səfərdə "İmişli" ilə 2:2 hesablı heç-heçə edib.

Bizim.Media xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra keçirilən mətbuat konfransında jurnalistləriin suallarını cavablandırıb:

- Futbolçularıma təşəkkür edirəm. Meydanda yaxşı mübarizə apardılar. Biz bu gün 2 xal itirdik.

- Xal itirməyinizin səbəbi nədir?

- İki dəfə diqqətsizlik etdik. Nəticədə 2 xal itirdik.

- Hakimə etiraz etdiyiniz epizodu necə şərh edərdiniz?

- Nə deyə bilərəm? Futbolçumuz qapıçı ilə təkbətək çıxırdı. Ən azından ikinci sarı vərəqə verilməli idi.

- Premyer Liqada belə meydançada oynamağa münasibətiniz necədir?

- Ümid edirəm bu işə nəzarət edənlər nəzərə alacaqlar ki, belə meydançada futbol oynamaq olmaz. Digər tərəfdən meydanda əsl mübarizə getdi. Amma təbii ki, belə meydançada müasir futbol oynamaq çətindir.

- Artıq neçənci oyundur ki, "Qəbələ" hesabda öndə olduğu oyunları uda bilmir. Bunun səbəbi nədir?

- Əslində biz bu mövsüm çox da səhv etmirik. Sadəcə etdiyimiz səhvlər həlledici olur, qolla nəticələnir. Bir az bəxtimiz də gətirmir. Elə komandalar var ki, çox səhv edirlər, amma qolla nəticələnmir. Bu gün də iki diqqətsizlik qola səbəb oldu. Güclənməyə ehtiyacımız var.

Komandaya yeni oyunçular gələcək. Rəhbərliklə bu barədə danışığımız olub. Qışda mütləq heyətin gücləndirilməsinə ehtiyac var. Ehtiyatda oturan futbolçular 17-18 yaşlı gənclərdir. Heç bir matçda rəqibə oyun baxımından uduzmamışıq. Oyunun qırılma nöqtəsi "İmişli"nin futbolçusunun meydandan qovulmaması oldu.

- Hakimin, futbolçuların səhvlərindən danışdız. Bəs sizin günahınız nə qədərdir?

- Bizdə start heyətində olan oyunçuları əvəz etməyə onların səviyyəsində futbolçu yoxdur.

İştirak ərizəsinə baxsaz, görərsiz.

- Seleksiyanın uğurlu olmamasında özünüzü günahkar hesab edirsiz?

- Gəlin artıq bu mövzunu bağlayaq. Klub prezidenti ilə bu məsələləri müzakirə etdik. Günaha gəlincə bizim ümumi səhvimizdir. Biz bir komandayıq. Hər birimizin səhvi ola bilər.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

Ronaldo niyə milliyə çağırılmayıb?

Ronaldo niyə milliyə çağırılmayıb?

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

“Liverpul”da CİDDİ İTKİ

“Liverpul”da CİDDİ İTKİ

Sumqayıtda ev yanıb - FOTO

Sumqayıtda ev yanıb - FOTO

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

İran rialı kəskin BAHALAŞDI

İran rialı kəskin BAHALAŞDI

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda…

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda…

Hidayət Heydərov üçün "bürünc" şansı

Hidayət Heydərov üçün "bürünc" şansı

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

DİN: Axtarışda olan 9 nəfər tapılıb

DİN: Axtarışda olan 9 nəfər tapılıb

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

DİN: Ötən gün qanunsuz saxlanılan 14 odlu silah aşkarlanıb

DİN: Ötən gün qanunsuz saxlanılan 14 odlu silah aşkarlanıb

End of content

No more pages to load

RADİO