“Neftçi” azarkeşlərinin yolunu gözlədiyi Vensan Abubakar artıq Bakıdadır.
Bizim.Media xəbər verir ki, uzun sürən danışıqlardan sonra afrikalı forvard “ağ qaralar”la bütün detallarda razılıq əldə olunub.
“Portu”, “Beşiktaş”, “Loryan” və “Əl-Nəsr”də çıxış etmiş afrikalının son ünvanı “Hatayspor” (Türkiyə) olub.
33 yaşlı legioner ötən mövsüm Türkiyə Superliqasında 25 oyunda meydana çıxıb, yeddi qol vurub və iki qolun ötürməsini edib.
Bizim.Media