“Neftçi”nin sabiq hücumçusu Dembo Darbo “Əl Əhli”dən (Liviya) ayrılıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, qambiyalı forvard ötən ilin yayından bu ilin yayınadək “Neftçi”nin formasını geyinib. O, paytaxt təmsilçisindən ayrıldıqdan sonra “Əl Əhli” ilə müqavilə imzalasa da, bu komanda ilə oyuna çıxmayıb.
Bizim.Media