Azərbaycan təmsilçisi “Abşeron Lions” FIBA Avropa Kubokunda Estoniya təmsilçisi “Kalev”i qəbul edib.
Bizim.Media xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında maraqlı anlar yaşanıb.
Abşeron təmsilçisinin litvalı basketbolçusu Qediminas Orelik konfransa qızı ilə gəlib. Həmin anlar sosial şəbəkələrdə maraqla qarşılanıb.
Qeyd edək ki, matçda Estoniya klubu 93:85 hesablı qələbə qazanıb. (Qafqazinfo.az)
Bizim.Media