“Bavariya” və İngiltərə millisinin hücumçusu Harri Keyn “Tottenhem”ə qayıtmaq məsələsinə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, forvard hazırkı klubunda xoşbəxt olduğunu vurğulayıb:
“Qayıdacağıma əmin deyiləm. Münhendə çox xoşbəxtəm və bu barədə düşünmürəm.
Amma hər zaman “Tottenhem”li olacağam. Həyatımın böyük hissəsini orada keçirmişəm, onların fanatıyam və oyunlarını izləməyə davam edəcəyəm.
“Tottenhem” mənim həyatımın bir parçasıdır, amma hələlik buradakı həyatımı sevirəm. Onların bu il kuboku qazanmasını görmək də çox xoş oldu. Orada həm oyunçular, həm də inzibati heyət arasında çox dostlarım var”, – deyə Keyn bildirib.
Qeyd edək ki, Keyn 2023-cü ilin yayından “Bavariya”da çıxış edir. O, bu mövsüm Bundesliqada 11, Çempionlar Liqasında 4, DÇ-2026 seçmə mərhələsində isə 3 qol vurub.
Bizim.Media